Komitə sədri Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayon sakinləri ilə görüşəcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 6 fevral 2026-cı il tarixində Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan sakinləri qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Masallı şəhərində baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 578, 599, 163) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.