Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin (AIREX2026) açılışında iştirak edib
Komitə sədri Anar Quliyev Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin (AIREX2026) açılışında iştirak edib
Komitə sədri Anar Quliyev Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin (AIREX2026) açılışında iştirak edib

Noyabrın 4-də Bakı Ekspo Mərkəzində ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasimində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edib.
 
Çıxışı zamanı Komitə sədri Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən sistemli islahatların artıq yeni nəsil layihələrdə öz əksini tapdığını qeyd edib. Bu xüsusda, müasir şəhərsalma yanaşmalarının yalnız keyfiyyətli yaşayış binalarının inşasını deyil, həm də yaşıllıq sahələri, ictimai məkanlar, inkişaf etmiş nəqliyyat və sosial infrastruktur, eləcə də gündəlik xidmətlərə rahat çıxış imkanları ilə təmin olunan kompleks şəhər mühitinin formalaşdırılmasını nəzərdə tutduğunu vurğulayıb.
 
Bununla yanaşı, Anar Quliyev belə layihələrin həyata keçirilməsinin Azərbaycan bazarının beynəlxalq memarlıq şirkətləri və investorlar üçün əhəmiyyətindən danışıb. Bu baxımdan, AIREX sərgisinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və irimiqyaslı şəhərsalma layihələrinə investisiyaların cəlb olunması üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.
 
Qeyd edək ki, 70-dən çox yerli və xarici şirkəti bir araya gətirən sərgi noyabrın 6-dək davam edəcək.



Bütün xəbərlər