Əziz Azərbaycan gəncləri, bayramınız mübarək!
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlıq və şəhərsalma sahəsində gənc mütəxəssislərin rahat, təhlükəsiz və insanmərkəzli şəhərlərin yaradılmasında verdiyi töhfələri yüksək qiymətləndirir, ölkəmizin inkişafında gənclərin fəal iştirakı üçün geniş imkanlar yaratmağa çalışır.
2025-ci ildə:
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqaüd proqramı çərçivəsində 11 tələbə təhsilini davam etdirib;
• Şəhərsalma və memarlıq sahələrində bilik və bacarıqların artırılmasına yönəlmiş 15 tədbir keçirilib;
• Bu tədbirlərdə 1000-dən çox tələbə və gənc iştirak edib.
Əziz Azərbaycan gəncləri, sizin potensialınıza inanır, yaradıcı təşəbbüslərinizi dəstəkləyirik. Gəlin, innovativ ideyalarınızla Azərbaycanın gələcəyini birlikdə inşa edək.