Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Xəzər İnşaat Həftəsinin açılış mərasimində çıxış edib
Oktyabrın 14-də regionun beynəlxalq platformalarından biri olan Xəzər İnşaat Həftəsinin açılışı baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov salamlama nitqi ilə çıxış edib.
Çıxışında o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir dövrdə Xəzər İnşaat Həftəsinin keçirilməsinin ölkəmizdə şəhərsalma, memarlıq və tikinti sahələrində həyata keçirilən genişmiqyaslı dəyişikliklər baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, həmçinin qeyd edib ki, dörd beynəlxalq ixtisaslaşmış sərgini bir araya gətirən Xəzər İnşaat Həftəsi müasir texnologiyaların, innovativ memarlıq və mühəndislik həllərinin təqdimatı, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də Azərbaycanda və digər ölkələrdə tikinti sektorunun inkişafına töhfə verilməsi baxımından mühüm platformadır