Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Bakı Şəhərsalma Həftəsi – Şəhərlərdə dayanıqlı mikromobillik həlləri diqqət mərkəzində olub
Bakı Şəhərsalma Həftəsi – Şəhərlərdə dayanıqlı mikromobillik həlləri diqqət mərkəzində olub
Bakı Şəhərsalma Həftəsi – Şəhərlərdə dayanıqlı mikromobillik həlləri diqqət mərkəzində olub

Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Şəhərsalmada mikromobilliyin tətbiqi” mövzusunda seminar keçirilib. Tədbirdə dayanıqlı mikromobillik sistemlərinin inkişafı, küçə və nəqliyyat infrastrukturunun yeni mobillik vasitələrinə uyğunlaşdırılması, eləcə də şəhər məkanlarının daha əlçatan və təhlükəsiz formada təşkili məsələləri ətrafında müzakirələr aparılıb.

 

Tədbirdə elektrikli fərdi nəqliyyat vasitələri və velosipedlərin şəhər mühitinə inteqrasiyası, mikromobilliyin ictimai nəqliyyat sistemləri ilə əlaqələndirilməsi və Bakı üzrə praktiki yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mikromobillik həlləri şəhərlərdə nəqliyyat sıxlığının azaldılması, ekoloji dayanıqlığın gücləndirilməsi və insanyönümlü şəhər məkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



Bütün xəbərlər