Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Virtual şəhərlərin dizaynı: şəhər üçün oyun texnologiyaları, vizuallaşdırma və planlaşdırma” mövzusunda seminar keçirilib
Tələbələr şəhər mühitinin virtual modelləşdirilməsi, şəhər dizaynı və məkan planlaşdırılması üzrə rəqəmsal texnologiyalarla tanış olublar. Seminar çərçivəsində oyun texnologiyaları və vizuallaşdırma vasitələrinin şəhər mühitini necə simulyasiya etdiyi, insanyönümlü və dayanıqlı şəhər həllərinin hazırlanmasında yaratdığı imkanlar praktiki nümunələr əsasında təqdim edilib.