18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür!
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası xalqımızın milli iradəsinin və öz müqəddəratını təyin etmək hüququnun təntənəsi olaraq dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoydu.
Bu gün müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək inkişaf və quruculuq yolunda inamla irəliləyir. Ölkəmizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı işlər dövlətimizin qüdrətini, tərəqqisini və gələcəyə inamını əks etdirir.
Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik!