Komitə sədri Anar Quliyev 20 noyabr 2026-cı il tarixində Mingəçevir və Naftalan şəhərləri, Goranboy rayonundan olan sakinləri qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 597 00 47, (+994 12) 595 13 50 (daxili: 578, 599, 163) nömrəli telefonları, sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Ünvan: Mingəçevir şəhəri
Keçirilmə vaxtı: saat 10:00