Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Komitə Aparatının İnsan resursaları şöbəsinin müdiri vəzifəsi, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin  Tikintiyə və istismara icazələr şöbəsinin müdiri və Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun müdiri vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 19 oktyabr 2021-ci il saat 18:00-dək davam edəcəkdir.

 

Namizədlər https://eservices.dim.gov.az/DQQ/Elan/DxMshMshElanList?ElanID=474 linkə daxil olaraq elana çıxarılmış vəzifələrin vəzifə təlimatı və müsahibə proqramları ilə tanış ola bilərlər.