Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bir Pəncərə” elektron müraciət sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici tədbir keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bir Pəncərə” elektron müraciət sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici tədbir keçirilib

26 avqust tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Abşeron-Xızı, Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonlarının əhatə etdiyi 12 yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə inşaat obyektlərinin tikintisi və istismarına icazələrin alınması prosesini asanlaşdıran “Bir pəncərə” elektron sistemini təqdim edən maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan, Abşeron, Sumqayıt və Xızı rayonlarının icra hakimiyyəti başçılarının birinci müavinləri, baş memarlar və iş adamları iştirak edib. Onlayn formatda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin 28.12.2018-ci il tarixli Fərmanına əsasən icazə icraatının asanlaşdırılması məqsədilə aparılmış islahatlar, bununla əlaqədar Komitə tərəfindən yaradılmış “Bir pəncərə” elektron sistemi barədə ətraflı məlumat verilib.

İcra hakimiyyəti nümayəndələri ilə yanaşı digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu tədbirdə inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin elektron qaydada verilməsinin üstünlükləri, bu sahə üzrə son illər ərzində həyata keçirilən islahatlar, vətəndaşlar üçün yaranan yeni imkanlar təqdim olundu, mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Onlayn tədbirdə iştirakçılara “Bir pəncərə” elektron sisteminin hər bir funksional bölməsi əyani nümayiş olunub.

Bununla yanaşı, tədbir çərçivəsində “Bir Pəncərə” elektron sistemi vasitəsilə təqdim olunan sənədlərdə rastlanan xətalar və bunların aradan qaldırılması ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan təhlillərin nəticələri təqdim olundu, icra hakimiyyəti nümayəndələrinə müvafiq tövsiyyələr verildi. Tədbirdə həmçinin icra hakimiyyəti nümayəndələrinin təklifləri dinlənilərək qeydə alındı, onları maraqlandıran suallar Komitənin əməkdaşları tərəfindən cavablandırıldı. 

Qeyd edək ki, Komitə tərəfindən tikintiyə və istismara icazə əldə etmə mexanizminin sadələşdirilməsi, bu istiqamətdə səmərəliliyin və şəffaflığın artırılması məqsədini daşıyan “Bir pəncərə” elektron müraciət sistemi üzərində təkmilləşdirmə işləri davam edir və bununla əlaqədar digər iqtisadi rayonları da əhatə edəcək maarifləndirici təlimlərin keçirilməsi planlaşdırılır.



Bütün xəbərlər