BİLDİRİŞ

29 oktyabr 2019

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Respublika” qəzetinin 26 sentyabr 2019-cu il, 11 oktyabr 2019-cu il tarixli nömrələrində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalında 26 sentyabr 2019-cu il tarixində elan edilmiş “Gəncə şəhərinin Baş planının layihəsinin tərtibi” işlərinin satın alınması məqsədilə keçirilən açıq tenderdə qeydə alınmış iştirakçı şirkətlərin müraciətlərini nəzərə alaraq, tender komissiyasının qərarı ilə iddiaçıların tenderə təqdim etdiklərin ilkin sənədlərin və tender təkliflərinin təqdim olunma müddəti dəyişdirilərək müvafiq olaraq 08 noyabr 2019-cu il saat 16.00-dək və 20 noyabr 2019-cu il saat 16.00-dək artırılır.

İddiaçıların tender təklifləri olan zərflərin açılışı 21 noyabr 2019-cu il saat 16.00-da Bakı şəhəri, Füzuli küçəsi, 65, III mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iclas zalında keçiriləcəkdir.

Bununla əlaqədar olaraq, iddiaçılardan, öz tender təkliflərində tender təklifinin qüvvədə olma müddətinin təklif zərflərinin açıldığı tarixdən sonra azı 30 bank günü çox, yəni ən azı 07.01.2020-ci il tarixinə kimi, tender təklifi qiymətinin 1%-i həcmində bank təminatının qüvvədə olma müddətinin isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox, yəni ən azı 19.02.2020-ci il tarixinə kimi olmasını təmin etmək xahiş olunur.

 

Tender komissiyası 




geriyə