BİLDİRİŞ

30 avqust 2019

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3 (üç) Lotdan ibarət Goranboy, Gədəbəy və Astara şəhərlərinin baş planlarının tərtibi işlərinin satın alınması üzrə  07 avqust 2019-cu il tarixində  keçirilmiş elektron açıq tenderdə  Lot 1 “Goranboy şəhərinin baş planının tərtibi” işlərinin satın alınması üzrə 140 095,5 (yüz qırx min doxsan beş manat əlli qəpik) məbləğində tender təklifi vermiş “İNTEGRİS” MMC,  Lot 2 “Gədəbəy şəhərinin baş planının tərtibi” işlərinin satın alınması üzrə 148 500,00 (yüz qırx səkkiz min beş yüz) manat məbləğində tender təklifi vermiş “Azərdövlətlayihə” DBLİ və Lot 3 “Astara şəhərinin baş planının tərtibi” işlərinin satın alınması üzrə 153 000,00 (yüz əlli üç min) manat məbləğində tender təklifi vermiş “EL&EN” Firması  qalib müəyyən olunmuşdur.

Qeyd olunan təşkilatlarla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

 

Sədr müavini 

Dövlətxan Dövlətxanov




geriyə