Sədr müavini

Dövlətxan Famil oğlu Dövlətxanov  

Doğulduğu tarix və yer: 23.07.1960, Qusar rayonu 

Təhsili: 1982-ci ildə Kiyev Mühəndis İnşaat İnstitutunun Şəhər tikintisi fakultəsini bitirmişdir, mühəndis-inşaatçıdır.

Əmək fəaliyyəti: 

1982-2000-ci illərdə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutununun 3 №-li emalatxanasında mühəndis, böyük mühəndis, qrup rəhbəri, aparıcı mühəndis, sektor müdiri vəzifələrində çalışmışdır.

2001-ci ildə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Mikrolayihələrin qiymətləndirilməsi üzrə menecer vəzifəsində, 2009-cu ildən etibarən isə həmin Fondda direktorun müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2010-cu il tarixli Sərəncamı ilə Dövlətxan Famil oğlu Dövlətxanov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.

Dövlətxan Dövlətxanov Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

 



geriyə