Xəbərlər

11 aprel 2014

Bakı şəhəri ərazisində şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri pozularaq inşasına yeni başlanılmış obyektlərə dair Komitə tərəfindən sərt münasibət bildirilmişdir

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsini əldə rəhbər tutaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək bildirmişdir ki, tikintisinə yeni başlanılmış (0.00 səviyyəsində) aşagıda göstərilən obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılmışdır...

10 aprel 2014

Aprelin 10-u Azərbaycanda “İnşaatçılar Günü” peşə bayramı kimi qeyd olunur

Aprelin 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində İnşaatçılar Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Komitənin sədri Abbas Ələsgərov inşaatçıların, eləcə də inşaat sahəsinin ölkə üçün əhəmiyyətliliyini qeyd edərək 10 aprel İnşaatçılar günü münasibətilə inşaatçıların peşə bayramını təbrik etmiş və işində fərqlənən bir sıra Komitə əməkdaşlarını Fəxri fərmanla təltif etmişdir...

14 mart 2014

Ərazi planlaşdırma layihələrinin işlənilməsi üçün xüsusi razılığı (lisenziya) olan layihəçilər

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 24.1. maddəsinin və "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin...

13 mart 2014

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı bir sıra Qaydalar təsdiq edilmişdir

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 sentyabr tarixli 246s nömrəli Sərancamının icrasını təmin etmək məqsədi ilə...

27 fevral 2014

“Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirələr başa çatmışdır

Fevralın 20-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində "Böyük Bakının Regional İnkişaf Planı"nın (sxemi) layihəsinin yekun variantına həsr olunmuş mətbuat konfransı keçirilmişdir...

27 fevral 2014

Xocalı soyqrımı heçvaxt unudulmamalıdır

Fevralın 26-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqrımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir...

17 fevral 2014

İtalya səfiri Dövlət Şəhərsalma və Arxitektura Komitəsində olmuşdur

Fevralın 17-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov İtalyanın Azərbaycan Respublikasındakı səfiri cənab Giampaolo Cutillonu onun müraciəti əsasında qəbul etmişdir...

30 yanvar 2014

Komitədə 2013-cü ilin yekunlarına dair toplantı keçirilmişdir

Yanvarın 28-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Komitənin 2013-cü il üzrə fəaliyyətinin yekunlarına dair toplantı keçirilmişdir...

28 yanvar 2014

Layihə və tikinti təşkilatları rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Məsaməli betondan hazırlanmış inşaat materiallarının layihələndirmə və tikinti işlərində istifadə olunmasına dair Metodiki Tövsiyələr" təsdiq edilmişdir...

21 yanvar 2014

20 yanvar faciəsindən 24 il ötür

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yanvar ayının 17-də 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. Komitənin Aparat rəhbəri Elmar Hüseynzadənin giriş nitqindən sonra Komitənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri, YAP ərazi təşkilatının sədri Cahangir Qocayev geniş məruzə ilə çıxış etdi...

04 dekabr 2013

Şirvanın şəhərsalma kadastrı işlənir

Dekabrın 3-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Şirvan şəhərinin şəhərsalma kadastrının hazırlanmasının gedişi müzakirə edilmişdir...

02 dekabr 2013

Tikinti sahəsi mütəxəssislərinin nəzərinə

İTE Uzbekistan Beynəlxalq sərgi şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 27 noyabr 2013-cü il tarixli, 13-513 nömrəli məktub ünvanlayaraq bildirir ki, 2014-cü ilin 25-28 fevral tarixlərində Özbəkistanın Daşkənd şəhərində «Узэкспоцентр» adlı yerdə «Cтроительство-UzBuild 2014» 15-ci Beynəlxalq sərgisi ilə bərabər 3-cü «Системы и вентиляции, кондиционирования, водоснабжения, сантехники и бассейнов-Aqua-Therm Tashkent 2014» sərgisi də keçiriləcəkdir...

22 noyabr 2013

Komitədə İtalyan Şirkətləri ilə görüş keçirilmişdir

Noyabrın 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov İtalyanın İqtisadi İnkişaf nazirinin keçmiş müavini cənab Adolfo Ursonun başçılıq etdiyi İtaliyanın layihələndirmə və tikinti şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətini Azərbaycanın İtalyadakı Səfirliyinin və İtalyanın Azərbaycandakı Səfirliyinin müraciətləri əsasında qəbul etmişdir...

20 noyabr 2013

Fransalı memarlar Azərbaycana maraq göstərir

19 noyabr 2013-cü il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönyeni və "ARCHETYPE" Şirkətinin sədri cənab Fransua Maqniyeri qəbul etmişdir...

07 noyabr 2013

Dünya Bankının Azərbaycana marağı artmaqdadır

06 noyabr 2013-cü il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Dünya Bankının sektor rəhbəri xanım Sumila Gulyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir...

05 noyabr 2013

Zaha Hadidin tələbələri Bakıda

Noyabrın 5-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov və komitəninin aidiyyatı mütəxissisləri ilə Vyana Tətbiqi İncəsənət Universitetinin professoru, dünya şöhrətli memar Zaha Hadidin rəhbərlik etdiyi memarlıq-dizayn qrupunun tələbələri arasında görüş keçirilmişdir...

12 avqust 2013

Məcburi köçkünlərə yardım göstərilmişdir

Ramazan bayramı ərəfəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Sabunçu və Nərimanov rayonları ərazisində müvəqqəti məskunlaşmış, Laçın rayonundan olan 100 (yüz) məcburi köçkün ailəsinə 9 adda ərzaq yardımı göstərilmişdir...

29 iyul 2013

Şəhərsalma problemləri müzakirə olunur

25 iyul 2013-cü il tarixdə Gəncə şəhərində "Ramada Plaza" otelinin "Kəpəz" konfrans zalında "Müasir şəraitdə şəhərin inkişaf istiqamətləri və imkanları" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi....

04 iyun 2013

Qazaxıstan Respublikasının nümayəndələri ölkəmizdəki şəhərsalmaya maraq göstərirlər

May ayının 30-da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ölkəmizin Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədovun müvafiq müraciəti əsasında Qazaxıstanın Atırau şəhərinin hakimi (meri) Serik Aydarbekovun başçılıq etdiyi nümayəndə heyyətini qəbul etmişdir...

31 may 2013

Bəzi dövlətlərarası standartlar qüvvəyə minmişdir

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06 may 2013-cü il tarixli, 037 nömrəli əmri ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş aşağıda qeyd olunan dövlətlərarası standartlar dövlət qeydiyyatına alınmış...




geriyə