Xaçmaz şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

01 may 2017

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Xaçmaz şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 26 aprel 2017-ci il tarixində Xaçmaz şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Xaçmaz şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Xaçmaz şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə