Göyçay şəhərinin Baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir

02 may 2017

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanan Göyçay şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq 28 aprel 2017-ci il tarixində Göyçay şəhərində baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilmişdir.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun nümayəndələri, Göyçay Rayon İcra Hakimiyyəti Aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

İctimai müzakirədə tədbir iştirakçıları tərəfindən Göyçay şəhərinin yeni baş planın işlənilməsi yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda Göyçay şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilmişdir.

FOTOŞƏKİLLƏR




geriyə