Komitədə 2016-cı ildə görülmüş işlərə dair iclas keçirilmişdir

08 fevral 2017

Fevralın 8-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2016-cı ildə Komitə tərəfindən görülmüş işlərə dair iclas keçirilmişdir.

İclası Komitənin sədri Abbas Ələsgərov açaraq bildirdi ki, bu iclasın keçirilməsində əsas məqsəd Komitə tərəfindən 2016-cı il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə müzakirələr aparmaqdır.

Sonra Komitənin Aparat rəhbəri Ağamirzə Canmirzəyev Komitənin 2016-ci ilin yekunlarına dair hesabatı barədə geniş məruzə ilə çıxış etdi.

İclasın sonunda Komitənin sədri Abbas Ələsgərov yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqların icrası, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına, Dövlət Proqramlarına və Milli Fəaliyyət Planlarına əsasən Komitəyə həvalə olunmuş işlərin, həmçinin Komitənin Əsasnaməsində qeyd olunan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.

FOTOŞƏKİLLƏR




geriyə