TENDER ELANI

14 dekabr 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə), Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” 27 iyun 2018-ci il tarixli 256 nömrəli Sərəncamının icrası ilə əlaqədar “Bakı şəhərinin Baş planının hazırlanması” işlərinin satın alınması məqsədilə açıq tenderə təkliflər təqdim etməyə dəvət edir. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun şərtləri əsasında 1 lot üzrə keçirilir.

Açıq tenderdə, ərazi planlaşdırma (Baş planların) sənədlərinin hazırlanması sahəsində müfaviq beynəlxalq təcrübəyə və təcrübəli mütəxəssislərə malik texniki və maliyyə imkanları, idarəetmə səriştəsi, peşəkarlığı və satınalma müqaviləsini bağlamaq səlahiyyəti olan, vergi və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmayan hüquqi şəxslər iştirak edə bilərlər. Görüləcək işlərin tərkibi və həcmi haqqında ətraflı məlumat layihə tapşırığında verilir.

Tenderdə iştirak etmək istəyənlər Komitəyə yazılı müraciət etdikdən və aşağıda qeyd edilmiş bank hesabına 850 (səkkiz yüz əlli) Azərbaycan manatı və ya 500 (beş yüz) ABŞ dolları məbləğində geri qaytarılmayan iştirak haqqını ödədikdən sonra Azərbaycan və ingilis dillərində tərtib edilmiş açıq tenderin əsas şərtlər toplusunu ala bilərlər:

            VÖEN: 1400032621;

            Hesab: AZ73CTRE00000000000002278501;

                       AZ03IBAZ36020018409328518204

                       Təsnifat kodu: 142340, səviyyə kodu: 7

            Bankın rekvizitləri:

            Adı: Dövlət Xəzinədarlıq Agentliyi;

            Kodu: 210005;

            VÖEN: 1401555071;

            Müxbir hesabı: AZ41NABZ01360100000000003944                            

            SWIFT.BİK.CTREAZ22.

 

Ödəniş sənədində maliyyələşdirmənin məqsədi göstərilməlidir.

Təqdim olunmuş ərizə əsasında iştirakçılara açıq tenderin əsas şərtlər toplusu elektron şəkildə göndəriləcəkdir.

İddiaçı öz təklifində satınalma müqaviləsi ilə əlaqədar tətbiq olunacaq bütün növ vergiləri (ƏDV daxil olmaqla) nəzərə almalıdır.

Tenderdə iştirak etmək istəyənlər iddiaçı kimi qeydiyyata alınması üçün 07 fevral 2019-cu il yerli vaxtla saat 15:00-dək Komitənin inzibati binasına və ya poçt ünvanına (tender təklifi və tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün ərizə;
  2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü güvvədə olmalıdır);
  5. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd;
  6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
  8. İddiaçının son bir ildəki fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  9. İddiaçının vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
  10. Tenderdə iştirak etmək istəyən iddiaçı və yaxud konsorsium qismində iştirak edən iddiaçıların hər hansı biri tərəfindən şəhərsalma sənədlərinin hazırlanması üzrə xüsusi razılıq (lisenziya) sənədinin surəti;
  11. İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakın girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə şirkətin özü tərəfindən verilmiş arayış, habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.

Sənədlər iki nüsxədə (əsli və surəti) olmaqla tərtib edilməlidir. Xarici ölkələrdən olan iddiaçıların təqdim etdikləri sənədlərlə birlikdə həmin sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi əlavə edilməlidir.

İddiaçılar ixtisas dərəcələrinin artırılması məqsədilə konsorsium yarada bilərlər. Bu halda, 1-11-ci bəndlərdə qeyd olunan sənədlərdən əlavə, həmçinin konsorsium yaradılması barədə müqaviləni, eləcə də konsorsium iştirakçısı olan hər bir şirkət barədə 6-11 bəndlərində göstərilən sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 18 fevral 2019-cu il yerli vaxtla saat 15:00-a qədər Komitənin Azərbaycan Respublikası, Bakı şəhəri, Füzuli küçəsi, 65 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Tender təklifləri Azərbaycan və İngilis dillərində, iki nüsxədə (əsli və surəti olmaqla) tərtib edilməlidir.

İddiaçıların tender təklifi təklif zərflərinin açıldığı tarixdən sonra azı 30 bank günü (ən azı 11 aprel 2019-ci il tarixinə kimi) qüvvədə olmalıdır, tender təklifi qiymətinin 1%-i həcmində bank təminatının qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox (ən azı 27 may 2019-cu il tarixinə kimi) olmalıdır.

İddiaçıların təklifləri olan zərflərin açılışı 19 fevral 2019-cu il yerli vaxtla saat 15:00-da yuxarıda göstərilən ünvanda keçiriləcəkdir. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər:

İddiaçılar bu tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və qiymət seçim (KQS) üsuluna əsasən seçiləcəkdir.

Tender təklifi texniki və maliyyə təkliflərindən ibarət olmalıdır.

Texniki təklifin qiymətləndirmə meyarları:

- iddiaçının analoji təcrübəsi – 30 bal;

- təklif olunan iş planı və metodikanın layihə tapşırığına uyğunluğu – 25 bal;

- əsas heyətin (mütəxəssislərin) ixtisas dərəcəsi və təcrübəsi – 45 bal.

Texniki qiymətləndirmənin minimal keçid balı – 70 bal.

Maliyyə təklifinin qiymətləndirmə meyarı – ən aşağı qiymətdir.

Əlaqələndirici şəxs – Günel Məlikova.

Telefon:  (+99412) 493-34-67 (dax.129)

Faks:       (+99412) 498-14-14

Email:      masterplan@arxkom.gov.az

Ünvan:    AZ1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.

 

TENDER KOMİSSİYASI

 

 

 

 




geriyə