Elan

28 fevral 2017

MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şurası tikinti kompleksində fəaliyyət göstərən qabaqcıl müəssisələrin müəyyən edilməsi məqsədilə hər il ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair müsabiqə təşkil edir. Müsabiqənin keçirilməsində məqsəd MDB ərazisində tikinti sahəsində qabaqcıl şirkətlərin müəyyən edilməsi və mükafatlandırılmasından ibarətdir.

Müsabiqə tikinti və layihə təşkilatlarının, tikinti materialları və tikinti sənayesi müəssisələrinin yerinə yetirdikləri iş (istehsal, xidmət) həcmləri və fəaliyyətinin əsas göstəricilərini nəzərə almaqla keçirilir.

Müsabiqə iştirakçıları və qaliblər ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair Beynəlxalq müsabiqənin qalibi diplomları, və müsabiqənin iştirakçısı şəhadətnamələri ilə təltif edilirlər.

Beynəlxalq müsabiqənin diplom və sertifikatları ilə təltif edilmiş müəssisə və təşkilatlar bu diplom və sertifikatlardan öz fəaliyyətlərində reklam məqsədi ilə istifadə edə bilər.

Müsabiqədə iştirak etmək istəyən müəssisə və təşkilatlar aşağıdakı məlumatları təqdim edir:

-tikinti təşkilatının fəaliyyətinin əsas göstəricilərinə dair formalar;

-layihə təşkilatının fəaliyyətinin əsas göstəricilərinə dair formalar;

-müsabiqədə iştirak üçün təşkilat xərclərinin ödənildiyini təsdiq edən ödəniş qəbzi. Ödəniş MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şuranın Katibliyinin hesablaşma hesabına nağdsız köçürmə yolu ilə ƏDV-siz 60000,00 (altmış min) rus rublu məbləğində ödənilir.

Müsabiqədə iştirak etmək istəyən müəssisə və təşkilatlar 25 aprel 2017-ci il tarixinədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək müvafiq formaları və müsabiqədə iştirak ilə bağlı əlavə məlumatları əldə edə bilər.

 

Telefon: 597-51-32.

Əlaqələndirici şəxs  - Təyyar Əliyev




geriyə