Reyestrə təqdim olunan sənəd və məlumatlar

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
12 yanvar  2015-ci il tarixli, 4 №-li Qərarı ilə
təsdiq edilmişdir.

 

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin
məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”

 

REYESTRƏ TƏQDİM OLUNAN  SƏNƏD  VƏ  MƏLUMATLAR

 

3.1.         Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:

3.1.1.      Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd 
               və məlumatlar, o cümlədən:

3.1.1.1.   Obyektin tikintisinə icazənin surəti;

3.1.1.2.   Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən  sənədin surəti;

3.1.1.3.   Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması;
              (kənd ərazisi olduqda kənd ərazisinin yerquruluşu planından çıxarış)

3.1.1.4.   Tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi;

3.1.1.5.   Tikinti obyektinin əsas texniki göstəriciləri: ( layihə üzrə)
              - yerləşdiyi torpaq sahəsinin  döngə nöqtələrinin koordinatları, (ayrıc aktı)
              - ərazinin situasiya planı,
              - təyinatı barədə məlumat;

3.1.3.     Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat
             (ünvanı, ümumi sahəsi və həcmi).

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

3.1.2.     Tikinti  obyektinin  istismarına  icazə  verilməsi  ilə bağlı  aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı tərəfindən
              Reyestrə təqdim edilir:

3.1.2.1.    Tikinti obyektinin  ünvanı və onun döngə nöqtələrinin koordinatları;

3.1.2.2.    Tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası;

3.1.2.3.    Tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;

3.1.2.4.    Tikinti obyektinin  istismar təyinatı;   

3.1.2.5.    Tikinti obyektinin əsas texniki göstəriciləri (faktiki );

3.1.2.6.    Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi;                                                                      

3.1.2.7.    Tikinti obyektinin istismara hazırlıq aktı (FHN) .                           

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

       Qeyd:   Tikintilərin Dövlət reyestri Qaydalarının 4.4. bəndinə əsasən Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu  Qaydaların 3.1.1. yarımbəndində nəzərdə tutulan məlumat və  sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir.

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------



geriyə