Xəbərlər

15 yanvar 2019

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Memarlar İttifaqı ilə əməkdaşlığı genişləndirir

15 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının bir qrup üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Komitə və İttifaq arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə memarlıq və şəhərsalma problemləri və digər aktual məsələlərlə bağlı ətraflı müzakirələr aparılmışdır...

21 dekabr 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ASAN Radionun “QəbuldASAN” verilişinin qonağı oldu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev ASAN Radionun “QəbuldASAN” verilişinin qonağı oldu. Verilişdə Komitə tərəfindən Bakının baş planının ilkin mərhələsinin başa çatması, bu mərhələdə formalaşdırılan konseptual yanaşmalar açıqlanıb. Həmçinin dövlət başçısının qanunsuz tikintilərin qarşısının alınması ilə bağlı tapşırığının icrası barədə məlumatlar verilib. ...

20 dekabr 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Baş Prokurorluğunun BİRGƏ MƏLUMATI

Məlumat verildiyi kimi, tikinti sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir....

14 dekabr 2018

Bakı şəhərinin baş planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırıldı, beynəlxalq şəhərsalma şirkətini seçmək üçün açıq tender elan edildi

Paytaxtın Baş planının əsasını təşkil edəcək konseptual yanaşma və inkişaf prioritetləri müəyyən edilib ...

11 dekabr 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Baş Prokurorluğunun BİRGƏ MƏLUMATI

İnşaat sektorunda yol verilmiş qanun pozuntularının qarşısının alınması, bu sahədə aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir....

03 dekabr 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini MDB ölkələrinin tikinti üzrə Hökumətlərarası Şurasının iclasında iştirak etdi

Azərbaycan Respublikasnın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şuranın Rusiyanın Moskva şəhərində keçirilmiş 38-ci iclasında iştirak etmişdir....

16 oktyabr 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev REAL TV-yə müsahibə verib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev REAL TV-yə müsahibə verib və Komitənin son dövrlər fəaliyyəti, görülən işlər və gələcək planlarla bağlı sualları cavablandırırb...

10 oktyabr 2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısının yekun nitqindən çıxarış

“Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək...

01 oktyabr 2018

Hörmətli memarlar!

Sizi Ümumdünya Memarlıq Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və ölkəmizin dinamik inkişafında böyük yaradıcılıq uğurları arzulayırıq!...

12 sentyabr 2018

Komitənin sədri Samir Nuriyev Latviyanın Azərbaycandakı səfirini qəbul edib

12 sentyabr 2018-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsu qəbul etmişdir...

29 avqust 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi məqsədi ilə görülən işlər prioritet məsələlər sırasında olmaqla, inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır...

17 avqust 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Caspian European Club” arasında əməkdaşlıq genişləndirilir

16 avqust 2018-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə klubun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Görüşdə təşkilatlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, ölkədə şəhərsalma və tikinti sahəsinin perspektiv inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur...

13 avqust 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır...

10 avqust 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi respublikamızı bir çox ölkələr üçün örnək olan milli inkişaf modelinə sahib olan bir ölkə kimi tanıtmışdır. Azərbaycanın sürətli iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, inşaat sektorunun da sürətli tərəqqisinə rəvac vermişdir ki, bu da, öz növbəsində, şəhərsalma və tikinti sahəsində idarəetmə qarşısında yeni çağırışlar və hədəflər formalaşdırır...

09 avqust 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Dövlət Televiziyasının “Günün Nəbzi” verilişinin qonağı olub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Dövlət Televiziyasının “Günün Nəbzi” verilişinin qonağı olub və Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 01.08.2018-ci il tarixli Fərmanının icrası, habelə Bakı şəhərinin Baş planının hazırlanması və şəhərsalma fəaliyyəti ilə bağlı digər sualları cavablandırıb...

01 avqust 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin son 100 gün ərzində fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nazirlər Kabinetinin yeni tərkibinin formalaşmasından üç aydan artıq zaman ötür. Ölkə başçısının 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə təyin olunan yeni hökumət üzvlərindən biri də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevdir. Ötən 100 gün ərzində Komitənin yeni sədrinin rəhbərliyi altında təşkilatın institusional inkişafı və kadr potensialının möhkəmləndirilməsi ilə yanaşı bir neçə fəaliyyət istiqamətləri üzrə əhəmiyyətli addımlar atılmışdır...

17 iyul 2018

Bakı şəhərinin baş planının hazırlanması prosesi başlayır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili prosesinə start verir. Bu prosesin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – “The Boston Consulting Group” (“Boston Konsaltinq Qrup”) şirkətini cəlb edir. ...

16 iyul 2018

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə məlumatı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilmişdir...

11 iyul 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakıda daha bir binanın qanunsuz tikintisi dayandırıldı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 5-ci mikrorayonunun sakinləri tərəfindən həyətlərində qeyri-qanuni tikinti işlərinin başlanması ilə bağlı müraciət daxil olmuşdur. Müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllə, 20 Yanvar küçəsində yerləşən 22 və 24 nömrəli yaşayış binalarının arasında Abbas Həsən oğlu Hüseynov tərəfindən 5 mərtəbəli yaşayış binasının inşası üçün tikinti çalasının qazıldığı müəyyən edilmişdir...

10 iyul 2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində iştirak edir

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti 08-12 iyul 2018-ci il tarixlərində Sinqapurda keçirilən Şəhər Dayanıqlığı Həftəsində (“Urban Sustainability Week”) iştirak edir...




geriyə